Full-stack Developer / AI Integrator

Layihələr

On bir production layihə — universitetlərdən təcrübə platformalarına qədər, AI API-ləri ilə gücləndirilmiş.

Layihələrin siyahısı

LIVE

E-Cədvəl / QrupTap

Universitetlər üçün multi-tenant cədvəl planlaşdırma SaaS platforması. Superadmin və universitet admini üçün rol ayrımı, Row Level Security, real vaxtda konflikt aşkarlanması, CSV/PDF ixracı və Resend üzərindən email dəvət sistemi daxildir. Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsi üçün hazırlanmış interaktiv cədvəl generatorundan böyüyüb. ABB Innovation inkubasiya proqramına təqdim olunub.

  • Next.js
  • Supabase
  • TypeScript
  • RLS
LIVE

Talora — Təcrübə Platforması

Azərbaycanda tələb və gənclər üçün internship lifecycle platforması — müraciətdən sertifikata qədər vahid rəqəmsal sistem. Tələb dashboard-u, tapşırıq və submission axını (mətn / link / GitHub / fayl), admin yoxlama paneli, ödəniş qəbzinin yüklənməsi və public sertifikat yoxlaması (Certificate ID ilə login-siz) daxildir. Təhlükəsizlik PostgreSQL RLS və SECURITY DEFINER funksiyaları ilə qurulub — admin hüququ frontend-ə deyil, database səviyyəsində müəyyən edilir. Next.js, Supabase və Tailwind CSS üzərində qurulub, Vercel-də deploy olunub.

  • Next.js
  • Supabase
  • Tailwind CSS
  • PostgreSQL RLS
LIVE

CityAI

Vətəndaş şikayətləri üçün platforma — Claude Vision API ilə şikayət şəkillərini analiz edir. GPS lokasiya aşkarlanması, admin paneli və vətəndaş üçün izləmə funksiyası daxildir. ASAN AI Hub Challenge 2026 üçün hazırlanıb və ABB Innovation inkubasiya proqramına təqdim olunub.

  • Claude Vision API
  • GPS
  • Admin Panel
LIVE

EkoAI

Telegram botu ilə inteqrasiya olunmuş AI dəstəkli enerji monitorinqi platforması. Bot Pipedream və OpenRouter üzərindən qurulub; söhbət yaddaşı və inline keyboard funksionallığı var. Frontend-də üzən dəstək düyməsi inteqrasiyası mövcuddur.

  • React / Vite
  • FastAPI
  • Gemini API
  • Telegram Bot
LIVE

Promptr

Qısa sorğuları optimallaşdırılmış AI promptlarına çevirən veb tətbiq. OpenRouter-in pulsuz modellərindən istifadə edir və bütün deployment lifecycle Vercel üzərindən idarə olunub.

  • OpenRouter
  • Vercel
LIVE

RentHome

Kirayə ev elanları üçün hazırlanmış platforma — son layihələrimdən biri.

  • Next.js
  • Supabase
LIVE

ReleaseGuard AI

IBM BOB hackathon layihəsi — real mənbə yoxlamaları edən release doğrulama platforması. Açıq GitHub repozitoriyasını və ya ZIP arxivini skan edir: package.json sintaksisi, məxfi açar əlamətləri, mühit dəvişəni sənədləri, test və miqrasiya faylları, riskli kod nümunələri və həmin commit üçün CI statusları. Hər nəticədə fayl yolu, mümkün olduqda sətir, izah və düzəliş tövsiyəsi verilir; kritik uğursuzluq yayımlamanı bloklayır. Next.js 16, TypeScript və Tailwind CSS 4 ilə qurulub — tam AZ/EN interfeys, ödənişli AI API açarı tələb etmir.

  • Next.js 16
  • TypeScript
  • Tailwind CSS 4
  • GitHub API
LIVE

TechSəs · Voice Agent

Səs ilə işləyən IT dəstək konsolu — AssemblyAI Voice Agent Hackathon submission. Mikrofonla real vaxt səs söhbəti, canlı transkript, söylənilən troubleshooting və eskalasiya üçün strukturlaşdırılmış ticket yaradılması. API açarı Vercel serverless funksiyasında qalır, brauzerə yalnız qısamüddətli token ötürülür.

  • React 19
  • TypeScript
  • AssemblyAI
  • Vercel
SHIP

Unpack — Concept Explainer

Gemini API ilə işləyən konsept izahedicisi — tələbələr üçün seçilmiş çətinlik səviyyəsində (başlanğıc/orta/qabaqcıl) izahlar. UI və prompt səviyyəsində tam AZ/EN dəstəyi, hədəf auditoriyası üçün tənzimlənən kontekst. ShadowFox AI Engineer Internship Beginner track üçün hazırlanıb.

  • Gemini API
  • Vanilla JS
  • AZ/EN i18n
SHIP

ATLAS — Desktop AI Agent

PySide6 ilə qurulmuş Windows masaüstü AI köməkçi əsası. OpenAI, Gemini və Anthropic üçün provayder adapterləri, asinxron söhbət, push-to-talk və TTS daxildir. API açarları `keyring` vasitəsilə Windows Credential Manager-də təhlükəsiz saxlanılır, fayla və ya loga yazılmır.

  • Python
  • PySide6
  • Multi-LLM
  • Desktop
SHIP

Weather Dashboard

Open-Meteo API üzərindən React 19 + TypeScript ilə qurulmuş hava dashboard. Şəhər axtarışı və ya browser geolokasiyası ilə cari hava şəraiti, 6 saatlıq proqnoz və tam AZ/EN dəstəyi. Gizli API açarı tələb etmir — server yoxdur, brauzerdən birbaşa sorğu.

  • React 19
  • TypeScript
  • Open-Meteo
  • Geolocation